Lamin Yamal uşaqlığından danışdı: “Atam yemək ala bilməyim üçün küçələrdən metal yığırdı”

28 Sentyabr 2026 14:02
64
Lamin Yamal uşaqlığından danışdı: “Atam yemək ala bilməyim üçün küçələrdən metal yığırdı”

“Barselona” və İspaniya millisinin ulduzu Lamin Yamal uşaqlıq illərində ailəsinin üzləşdiyi maddi çətinliklərdən danışıb.

İdman.Biz xəbər verir ki, 19 yaşlı futbolçu “The Guardian”a müsahibəsində böyük futbolda üzləşdiyi təzyiqə uşaqlıqda gördüyü problemlər səbəbindən fərqli yanaşdığını bildirib.

Yamalın sözlərinə görə, anası onun futbol oynaması üçün çox işləyib, atası isə ailənin yemək ala bilməsi üçün küçələrdən satıla bilən metal parçaları toplayıb.

Futbolçu bunu belə ifadə edib:

“Atamın mənim yemək yeyə bilməyim üçün küçələrdən metal yığdığını görmüşəm”.

Yamal bildirib ki, onun üçün əsl qorxu və təzyiq məhz həmin dövrdə yaşanan çətinliklər olub.

Hazırda futbolçu karyerası sayəsində valideynlərinə maddi dəstək göstərə bildiyi və ailəsinə tamamilə fərqli həyat şəraiti yaratdığı üçün xoşbəxt olduğunu söyləyib.

İspaniyalı daha əvvəl uşaqlığını kiçik mənzildə keçirdiyini, həmin evdə mətbəx və yataq otağının faktiki olaraq eyni məkanda yerləşdiyini danışmışdı.

Yamal hazırda ən böyük sevinclərindən birinin ailəsinə və kiçik qardaşına uşaqlığında özünün sahib olmadığı imkanları yaratmaq olduğunu qeyd edib.

İdman.Biz