“Qəbələ” futbol klubunun məşqçilər korpusuna iki yeni mütəxəssis cəlb olunub.
İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, baş məşqçi Jeton Bekiriyə köməkçi məşqçi Burhan Emurlai və məşqçi-analitik Arvid Bregasi kömək edəcəklər.
Qeyd edək ki, Amil Ağacanov (qapıçılar üzrə məşqçi), Miloş Yevtiç (fiziki hazırlıq üzrə məşqçi) və Manaf Kələntərli (məşqçi-analitik) məşqçilər korpusunda fəaliyyətlərini davam etdirəcəklər.
