Braziliyada futzal turnirində hakim silaha əl atıb - VİDEO

28 Sentyabr 2026 11:48
83
Braziliyada futzal turnirində hakim silaha əl atıb - VİDEO

Braziliyanın Kampu-Qrandu şəhərində keçirilən uşaq futzal turnirində qalmaqallı hadisə baş verib.

İdman.Biz xəbər verir ki, “Globo”nun məlumatına görə, 12 yaşdan yuxarı olmayan futbolçuların iştirak etdiyi qarşılaşmada hakim silah çıxarıb.

Hadisənin görüntülərində hakimin paltardəyişmə otağına doğru qaçdığı, daha sonra əlində tapança ilə geri qayıtdığı görünür. Bundan sonra başqa bir şəxs onu dayandırıb.

Futbolçulardan birinin anasının sözlərinə görə, mübahisə hakim tərəfindən penalti təyin edilməsindən sonra tamaşaçıların onun qərarlarını tənqid etməsi ilə başlayıb.

55 yaşlı hakimin daha əvvəl hərbi polis əməkdaşı olduğu bildirilir.

Polis protokolunda hakimin futbolçuların valideynlərini təhqir etdiyi, onları davaya çağırdığı və yumruqla vurmağa cəhd etdiyi qeyd olunub.

Hadisə yerinə hərbi polis əməkdaşları gəlib. Buna baxmayaraq, insident matçın protokolunda əksini tapmayıb.

İdman.Biz
Məqalədə: