Toral Bayramov: “Transfer təklifləri elə bir vaxtda gəldi ki...” - VİDEO

Müsahibə
12 Aprel 2024 15:49
170
Toral Bayramov: “Transfer təklifləri elə bir vaxtda gəldi ki...” - VİDEO

“Mən bu gün “Qarabağ”ın oyunçusuyam, yalnız bu komandanın uğurlarını fikirləşirəm”

Bunu "İdman Bizimlə”nin qonağı olan “Qarabağ”ın futbolçusu Toral Bayramov deyib.

23 yaşlı müdafiəçi bildirib ki, hazırkı mərhələdə Azərbaycan çempionundan ayrılmaq kimi bir niyyəti yoxdur: “Üstəlik, müqaviləm var. Ona görə də transfer mövzuları ilə maraqlanmıram. Xüsusilə də, belə bir vaxtda. Bilirsiniz ki, avrokubok oyunları yeni bitib. Transfer təklifləri mənə elə bir vaxtda gəlmişdi ki, bu haqda düşünə bilməzdim. Qarşıda bizi çox ciddi oyunlar gözləyirdi. Bir sözlə, hazırda “Qarabağ”ın uğurları üçün çalışıram, hələ ki, bu, belə də davam edəcək”.

Qeyd edək ki, Bayramov 2019-cu ildən “Qarabağ”ın formasını geyinir.

Aytac Sahəd
İdman.biz