Andrey Lunyov: “Biz ora çempionluq ruhu gətirmişik”

Xəbərlər
11 Aprel 2024 10:21
Andrey Lunyov: “Biz ora çempionluq ruhu gətirmişik”

“Aydın məsələdir ki, “Bavariya” ayrı hesab olunmalıdır”.

İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın qapıçısı Andrey Lunyov deyib.

Rusiyalı qolkiper əvvəlki klubu “Bayer” Almaniya Bundeslqiasındakı liderliyi barədə fikirlərini açıqlayıb: “Biz “Bavariya”nı kənara qoysaq, “Bayer” həmişə güclü komandadır, Çempionlar Liqasına vəsiqə üçün mübarizə aparır. Hətta çempionluq üçün də döyüşə bilər. Bu mövsüm hamı gördü ki, komanda necə gözəl oynayır və müsbət nəticə qazanır. Bəlkə də biz - Sərdar Azmunla mən ora çempion ruhu gətirmişik (gülür). Ciddi olsaq, onların hansısa kompleksi görünmür. Onlara “əhsən” düşür. Klubun siyasəti də təcrübə və gəncliyin sintezinin formalaşmasına hesablanıb. Bunun sayəsində yaxşı nəticələr qazanılır, xüsusilə də cari mövsümdə. Ümid edirəm ki, növbəti mövsümlərdə də belə dominantlıq edərlər”.

Qeyd edək ki, 28 turdan sonra 76 xala malik “Bayer” 16 xallıq fərqlə Bundesliqanın lideridir.

İdman.biz