"Liverpul"a futbol dərsi, "Milan" öz meydanında uduzub - VİDEO

Xəbərlər
12 Aprel 2024 00:57
"Liverpul"a futbol dərsi, "Milan" öz meydanında uduzub - VİDEO

Bu gün Avropa Liqasında 1/4 final mərhələsinə start verilib.

İdman.biz xəbər verir ki, ilk oyunlar çərçivəsində 4 matç baş tutub.

İtaliyada A seriyası təmsilçiləri “Milan”la “Roma” üz-üzə gəlib. "Canavarlar" səfərdə 1:0 hesabı ilə qalib gəliblər. “Bayer” öz meydanında oyunun sonlarında “Vest Hem”i 2 dəfə məyus edib.

“Liverpul” öz meydanında darmadağın olub. “Atalanta” "qırmızılar"ın qapısından 3 cavabsız top keçiriblər. Portuqaliyada "Benfika” “Marsel”i 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, cavab oyunları aprelin 18-də keçiriləcək.

Avropa Liqası
1/4 final, ilk oyunlar
11 aprel

23:00. “Milan” – “Roma” - 0:1

23:00. “Liverpul” – “Atalanta” - 0:3

23:00. “Bayer” – “Vest Hem” - 2:0

23:00. “Benfika” – “Marsel” - 2:1

İdman.biz