Paytaxt klubunda təmizləmə: 11 futbolçu gedəcək

Xəbərlər
10 Aprel 2024 20:27
141
Paytaxt klubunda təmizləmə: 11 futbolçu gedəcək

“Çelsi”nin yay transfer pəncərəsi ilə bağlı planları bəlli olub.

İdman.biz xəbər verir ki, İngiltərə klubu 11 futbolçusu ilə vidalaşacaq.

Paytaxt təmsilçisi heyətdəki “təmizləmə” işinə uğursuz çıxış səbəbindən əl atacaq. Konnor Qallaher, Armando Broyanın bu siyahıda olacağı gözlənilir. “Çelsi” oyunçu satışından əldə olunacaq vəsaitlə yeni transferlər edəcək.

Qeyd edək ki, London klubu 30 turdan sonra 44 xalla Premyer Liqanın turnir cədvəlində 9-cu yerdə qərarlaşıb.

İdman.biz