Azər Bağırov “Neftçi”də hansı işin doğru getmədiyini açıqlayıb - VİDEO

Xəbərlər
10 Aprel 2024 12:26
220
Azər Bağırov “Neftçi”də hansı işin doğru getmədiyini açıqlayıb - VİDEO

“Məşqçiliyə “Neftçi”də seleksioner kimi başlamışam. Onda komandanı Arif Əsədov çalışdırırdı”.

Bunu “İdman Bizdə” verilişinin qonağı olan “Araz-Naxçıvan”ın sabiq baş məşqçisi Azər Bağırov deyib.

39 yaşlı çalışdırıcı vaxtı ilə işlədiyi “Neftçi”nin hazırkı durumuna toxunub. O bildirib ki, “ağ-qaralar”da problem elə də böyük deyil: “Məşqçi dəyişiklikləri hər zaman taktiki səhvlərlə yadda qalır. Çünki yenisi gəldikdə öz futbol fəlsəfəsini, düşüncələrini aşılamağa başlayır. Futbolçular da bəzən onu edir, bəzən isə yox. Bu zaman da rəqiblər həmin boşluqdan yararlanırlar. Mənə elə gəlir ki, bir məşqçi ilə uzunmüddətli proyekt qurmalıdırlar. Həmin çalışdırıcı 1 il uğur qazanmaya bilər, amma növbəti illərdə bu, olacaq. Hər dəfə məşqçi dəyişikliyi böyük maliyyə itkisidir. Son illər “Neftçi” heç kimi Azərbaycan futboluna qazandırmayıb. Hər il oyunçuları gətirib, onları yollamaq doğru deyil. Təssüflər ki, paytaxt təmsilçisində bu iş doğru getmir”.

Bağırovun sözlərinə görə, “Sabah”ın baş məşqçi siyasəti də uğursuzdur: “Onlar ancaq xarici məqşçilərə üstünlük verirlər. Niyə azərbaycanlı olmasın? Yerli məşqçilər də uğur qazanır. Samir Abasova, Ayxan Abbasova baxaq. Çox uğurludurlar. Hətta xaricilərdən də qiymətdə aşağıdırlar. Niyə həmin adamlar bu böyük büdcəli klublarda daha da böyük işlər görməsinlər? Belə məsələlər olanda adam bir az küsür”.

Emin Ağa
İdman.biz

Məqalədə: