“Mançester Siti” Çempionlar Liqasındakı məhsuldarlıq seriyasını davam etdirib.
İdman.biz xəbər verir ki, İngiltərə təmsilçisi cari mövsüm keçirdiyi bütün görüşlərdə 3 qola imza atıb.
Pep Qvardiolanın yetirmələri 1/4 finalın ilk matçında da belə məhsuldarlıq göstərib. Mançesterlilər “Real”la İspaniyadakı qarşılaşmada heç-heçəyə nail olublar – 3:3.
Bu, “şəhərlilər”in 9-cu belə matçıdır. İngiltərə klubu 27 qol vurduğu oyunlarda 12 top buraxıb.
Qeyd edək ki, “Real” – “Mançester Siti” qarşılaşması Madriddə keçirilib.
İdman.biz