Azərbaycan klublarına təklif

Xəbərlər
9 Aprel 2024 14:07
138
Azərbaycan klublarına təklif

Klublar Komitəsinin növbəti iclası keçirilib.

İdman.biz xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Toplantıda AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, PFL-in texniki-idman direktoru Elgiz Abbasov və Azərbaycan Premyer Liqası klublarının nümayəndələri iştirak ediblər. İclasda ölkə futbolu ilə bağlı müxtəlif məsələlər müzakirə olunub.

Təklif olunub ki, növbəti iclasa qədər klublar Azərbaycan futbolunun müxtəlif sahələrinin inkişafına dair təkliflər paketini hazırlayıb, təqdim etsinlər.

İdman.biz

Məqalədə: