“Roma” futbol klubu yeni ev stadionunun tikintisi üçün Roma şəhərinin rəhbərliyindən icazə alıb.
İdman.Biz xəbər verir ki, “Roma”nın rəsmi bəyanatında yeni mərhələnin məqsədi klubu və şəhəri onların tarixinə və iddialarına layiq müasir, ekoloji cəhətdən dayanıqlı stadionla təmin etmək olduğunu qeyd edib.
“Roma” Roma administrasiyasına, AVRO-2032-yə hazırlıq üzrə Komissara, Latsio regionunun hakimiyyət orqanlarına, İdman və Gənclər Siyasəti Nazirliyinə, prosesə cəlb olunan bütün dövlət qurumlarına və idarələrinə, həmçinin layihəni dəstəkləyən mütəxəssislərə və tərəfdaşlara təşəkkürünü bildirib.
Klub həmçinin layihənin reallaşmasını böyük həvəs və inamla gözləyən azarkeşlərinə xüsusi təşəkkür edib.
Bəyanatda qeyd olunub ki, yeni stadion təkcə klub və azarkeşləri üçün yeni ev olmayacaq. Arena ətraf ərazinin yenilənməsinə və inkişafına töhfə verməklə yanaşı, bütün Roma şəhəri və sakinləri üçün uzunmüddətli fayda yaradacaq.
Hazırda “Roma” və “Latsio” ev oyunlarını 70 min 634 azarkeş tutumuna malik Olimpiya Stadionunda keçirirlər. Arena İtaliya Milli Olimpiya Komitəsinə məxsusdur.
Məlumata görə, “Roma”nın yeni stadionunu 60 min 605 azarkeş üçün nəzərdə tutulub.
