Çempionlar Liqasında terror təhlükəsi – İŞİD-dən hədə

Xəbərlər
9 Aprel 2024 14:05
107
Çempionlar Liqasında terror təhlükəsi – İŞİD-dən hədə

Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarının keçirilməsi təhlükə altına düşüb.

İdman.biz xəbər verir ki, İraq Şam İslam Dövləti (İŞİD) matçlar zamanı terror aktları gerçəkləşdirəcəyi ilə hədələyib.

Terror təşkilatı “Al-Azaim” fondu vasitəsilə oyunların keçiriləcəyi stadionların şəklini paylaşıb. Paylaşımda ingiliscə “Onların hamısını öldürün” ifadəsi əks olunub.

Qeyd edək ki, Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində bu gün “Real” – “Mançester Siti”? “Arsenal” – “Bavariya”, sabah isə PSJ – “Barselona” və “Atletiko” – “Borussiya” matçları keçiriləcək.

İdman.biz

Məqalədə: