"Araz-Naxçıvan" Azər Bağırovla vidalaşıb

Xəbərlər
7 Aprel 2024 09:46
571
"Araz-Naxçıvan" Azər Bağırovla vidalaşıb

"Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırovla yollar ayrılıb.

İdman.biz xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Bildirilib ki, baş məşqçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, Bağırov 2023-cü ilin yayında “Araz-Naxçıvan”ın baş məşqçisi təyin olunmuşdu.

İdman.biz