Futbolda görünməmiş hadisə - 6 DƏYİŞİKLİK - VİDEO

Xəbərlər
4 Aprel 2024 11:34
428
Futbolda görünməmiş hadisə - 6 DƏYİŞİKLİK - VİDEO

Moldova kubokunun 1/2 final mərhələsinin “Zimbru” – “Milsami” oyununda görünməmiş hadisə baş verib.

İdman.biz xəbər verir ki, qonaq komanda matçda 6 dəyişiklik edib.

Futbol qaydalarına əsasən, klubların oyun boyu 5 dəyişiklik etmək imkanı var. “Milsami” isə fasilədə və 67-ci dəqiqədə bir, 75-ci dəqiqədə iki əvəzetmədən yararlandıqdan sonra 90-cı dəqiqədə daha iki oyunçusunu dəyişib.

Bu səhv oyun hakimlərinin gözündən yayınıb. İlk matçda 1:2 hesabı ilə uduzan “Milsami” öz meydanında eyni nəticəyə sevinib və əlavə vaxtdakı qolla finala adlayıb.

“Zimbru” hadisə ilə bağlı apelyasiya şikayəti verib. Finala yüksələn “Milsami”nin bu qayda pozuntusuna görə kubokdan kənarlaşdırılacağı gözlənilir.

Qeyd edək ki, Moldova kubokunun yarımfinal mərhələsinin digər matçında “Daçia” “Balti”i ilə qarşılaşacaq.

İdman.biz

Məqalədə: