İlk matçda “Qarabağ” "Neftçi"ni darmadağın edib - VİDEO

Xəbərlər
2 Aprel 2024 21:53
539
İlk matçda “Qarabağ” "Neftçi"ni darmadağın edib - VİDEO

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə start verilib.

İdman.biz xəbər verir ki, ilk oyunlar çərçivəsində baş tutacaq günün yeganə matçı Bakıda təşkil olunub.

Ölkənin iki ən titullu klubu “Neftçi Arena”da qarşılaşıb. Titul həsrətində olan “Neftçi” artıq çempionluğu təmin edən “Qarabağ”a böyük hesabla uduzub. Ağdam klubu rəqib qapısından 4 cavabsız top keçirib. Bu qələbə Qurban Qurbanovu yetirmələrini, demək olar ki, finala yüksəldib.

Qeyd edək ki, ilk oyunlara sabah baş tutacaq “Zirə” – “Qəbələ” görüşü ilə yekun vurulacaq.

Azərbaycan kuboku
Yarımfinal, ilk oyun
2 aprel (çərşənbə axşamı)

20:00. “Neftçi” – “Qarabağ” - 0:4
Qollar:
Toral Bayramov, 14 (pen.); 29. Marko Yankoviç, 37. Nəriman Axundzadə, 86
Baş hakim: Rəvan Həmzəzadə
“Neftçi”: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 14. Eddi İsrafilov (k), 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 6. Dieqo Valdez, 99. Ervin Koffi, 44. Yuri Matias, 11. Kilan Lebon, 88. Brayan Moreno, 77. Yeqor Boqomolski
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 95. Rəvan Kazımov, 8. Emin Mahmudov, 2. Qara Qarayev, 17. Rəhman Hacıyev, 7. Azər Əliyev, 91. Ağadadaş Salyanskiy, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 9. Andre Şinyaşiki, 20. Alfa Konte
Baş məşqçi: Miodraq Bojoviç
“Qarabağ”: 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 6. Julio Romao
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 2. Mateus Silva, 19. Redon Cica, 15. Leandro Andrade
Baş məşqçi: Qurban Qurbanov
“Neftçi Arena”

İdman.biz

Məqalədə: