Yassin Benzianın çatışmayan qolu

Xəbərlər
1 Aprel 2024 09:20
Yassin Benzianın çatışmayan qolu

2024-cü ilin beynəlxalq oyunlarında ən çox qol vuranlar açıqlanıb.

İdman.biz xəbər verir ki, İFFHS-in cədvəlinə qitəmiqyaslı klub turnirləri və milli komandada ümumilikdə ən azı 5 qol vuranlar daxil edilib.

İlin ilk üç ayında buna yalnız 14 futbolçu nail olub. Siyahıya Qətər millisinin və “Əl Sədd”in futbolçusu Akram Afif başçılıq edir. O, 11 qola sevinib.

Aymen Husseyn (İraq, “Əl Quva”) 8 qolla ikincidir. Eyni sayda fərqlənən Musa Al-Taamari (İordaniya, “Monpelye”) üçüncü sırada yer alıb.

“Qarabağ”ın futbolçusu Yassin Benziaya siyahıya düşmək üçün bir qol çatmayıb. Yarımmüdafiəçi Əlcəzair millisində 3, klubundakı avrokubok görüşündə 1 dəfə fərqlənib. 4 qolu olan Benzia bir dəfə də fərqlənə bilsəydi, İFFHS-in cədvəlində yer alacaqdı.

Qeyd edək ki, siyahıda yalnız iki avropalı var. Hərəyə 5 qol vuran Mihael Qreqoriç (Avstriya, “Frayburq”) və Fredrik Qulbrandsen (Norveç, “Molde”) “14-lük”də yer alıb.

İdman.biz

Məqalədə: