Macarıstan millisinin baş məşqçisi Azərbaycan yığmasını aqressiv komanda adlandırıb

Xəbərlər
31 Mart 2024 09:37
295
Macarıstan millisinin baş məşqçisi Azərbaycan yığmasını aqressiv komanda adlandırıb

“Kifayət qədər elit liqalarda oynayan futbolçularımız var. Amma heç bir vəd vermək istəmirəm”.

İdman.biz xəbər verir ki, bunu qadın futbolçulardan ibarət Macarıstan millinin yeni baş məşqçisi Aleksandra Sarvaş deyib.

Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan 31 yaşlı gənc mütəxəssis bu postda Marqarit Kratsı əvəzləyib. B liqasında Azərbaycan, Türkiyə və İsveçrəyə qarşı mübarizə aparacaq Sarvaş qrupu dəyərləndirib: “Həm Azərbaycanı, həm də Türkiyəni aqressiv komandalar adlandırmaq olar və onların ayrı-ayrılıqda yaxşı oyunçuları var. Bu milliləri heç vaxt qiymətləndirməmək olmaz. Biz bu matçlara tam konsentrasiya ilə hazırlaşacağıq. Azərbaycanla oyunda azarkeşlərin dəstəyinə ümid edirəm, çünki qadınlardan ibarət komandanın daha çox təbliğata və dəstəyə ehtiyacı var”.

Qeyd edək ki, Macarıstan – Azərbaycan görüşü aprelin 5-də saat 19:45-də start götürəcək.

İdman.biz