“Mançester Siti”nin futbolçusu Joao Kanselu karyerasını Asiyada davam etdirə bilər.
İdman.biz xəbər verir ki, hazırda “Barselona”da icarədə olan müdafiəçi Səudiyyə Ərəbistanından təklif alıb.
“Əl-Hilal” onu yayda heyətinə qatmağı planlaşdırır. İspaniya klubu 29 yaşlı portuqaliyalını icarədə saxlamaq niyyətindədir. Amma “Mançester Siti” oyunçusunu satmağı planlaşdırır.
Qeyd edək ki, Joao mövsümün 32 matçında 4 qol vurub.
İdman.biz