Yunis Hüseynov: “Eyni problemi Bolqarıstanla görüşdə də yaşadıq”

Müsahibə
26 Mart 2024 17:04
423
Yunis Hüseynov: “Eyni problemi Bolqarıstanla görüşdə də yaşadıq”

“Meydanda 2 eyni gücdə olan komanda var idi. Matç bərabər səviyyədə keçdi”.

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Yunis Hüseynov deyib.

Təcrübəli mütəxəssis Azərbaycan – Bolqarıstan (1:1) oyununu şərh edib. O bildirib ki, matçın son dəqiqələrində millimizin oyununu çox bəyənib: “Rəqib önə keçəndən sonra əvəzetmələr oldu. Bunlar da özünü yaxşı tərəfdən göstərdi. Sonlarda tam şəkildə rəqibi qapısına sıxışdırmışdıq. Son 15-20 dəqiqədə komandanın sərgilədiyi oyun çox xoşuma gəldi. Yaxşı mübarizə apardılar, istək daha çox idi. Amma son nöqtəni qoymaq problemimiz var. Monqolustanla matçda da belə hal yaşanmışdı. Hətta onlarla oyunda erkən qol vursaydıq, 6:0, 7:0 hesabı ilə qalib gələrdik. Bu problemi Bolqarıstanla görüşdə də yaşadıq. Çatışmayan cəhət çoxlu qol imkanlarına baxmayaraq, onlardan yararlana bilməməyimizdir”.

Hüseynov millinin yoluna yerli məşqçi ilə davam etməsini istədiyini deyib: “Arif Əsədovun işi hiss olunurdu. Komanda çox istəkli idi”.

Qeyd edək ki, Azərbaycan “FİFA Series-2024” turniri çərçivəsində ilk matçda Monqolustana 1:0 hesabı ilə qalib gəlib.

Emin Ağa
İdman.biz

Məqalədə: