Yığmada itki

Xəbərlər
25 Mart 2024 10:29
122
Yığmada itki

İngiltərə millisi itki ilə üzləşib.

İdman.biz xəbər verir ki, "Mançester Yunayted"in müdafiəçisi Harri Maquayr yığmanın düşərgəsini tərk edib.

O, Braziliya ilə yoldaşlıq oyununda zədələnib. Futbolçunun durumuna müayinələrdən sonra tam aydınlıq gələcək. Maquayr Belçika ilə sabah keçiriləcək görüşü buraxacaq.

Qeyd edək ki, İngiltərə Braziliya ilə matçda 0:1 hesabı ilə uduzub.

İdman.biz

Məqalədə: