Tanzaniyadan böyükhesablı qələbə - VİDEO

Xəbərlər
25 Mart 2024 18:56
255
Tanzaniyadan böyükhesablı qələbə - VİDEO

Bu gün FİFA tərəfindən ilk dəfə Bakıda təşkil olunan "FİFA series – Edition 2024" layihəsinə yekun vurulub.

İdman.biz xəbər verir ki, ikinci oyun gününə "Liv Bona Dea Arena"da start verilib.

Tanzaniya və Monqolustan milliləri üz-üzə gəlib. Oyun Tanzaniya yığmasının 3:0 hesablı qələbəsi qələbəsi başa çatıb. Afrikalılar hər 3 qolu fasilədən sonra vurublar.

Qeyd edək ki, üç gün öncə Tanzaniya Bolqarıstana, Monqolustan Azərbaycana eyni – 0:1 hesabı ilə uduzub.

"FİFA series – Edition 2024"
25 mart
17:00. Tanzaniya – Monqolustan - 3:0
Baş hakim:
Elçin Məsiyev (Azərbaycan)
Bakı. "Liv Bona Dea Arena"

İdman.biz

Məqalədə: