Yığmalar tarixində ən erkən qol

Xəbərlər
24 Mart 2024 12:51
362
Yığmalar tarixində ən erkən qol

Avstriyalı futbolçu Kristof Baumqartner milli komandalar tarixində ən erkən qolun müəllifi olub.

İdman.biz xəbər verir ki, o, Slovakiya ilə yoldaşlıq oyununum 6-cı saniyəsində fərqlənib.

Bratislavada keçirilən qarşılaşma 2:0 hesabı ilə yekunlaşıb. Bundan əvvəlki rekord almaniyalı hücumçu Lukaş Podolskiyə məxsus olub. O, 2013-cü ildə Ekvadorla görüşün 7-ci saniyəsində rəqibi məyus edib.

Qeyd edək ki, Slovakiya yığması UEFA Millətlər Liqasında Azərbaycan yığmasının rəqibi olacaq.

İdman.biz