“Neftçi” – “Spartak” oyununun hakimləri açıqlanıb

Xəbərlər
23 Mart 2024 13:02
143
“Neftçi” – “Spartak” oyununun hakimləri açıqlanıb

"Neftçi"nin Rusiya "Spartak"ı ilə keçirəcəyi beynəlxalq yoldaşlıq oyununun hakimləri müəyyənləşib.

İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Ağ-qaralar"ın Moskva təmsilçisi ilə matçının baş hakimi Rauf Cabbarov olacaq. Ona Namiq Hüseynov və Kamran Bayramov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamranbəy Rəhimov yerinə yetirəcək. Qarşılaşmanın VAR hakimi Cavid Cəlilov, VAR hakiminin köməkçisi Müslüm Əliyev olacaq.

Qeyd edək ki, bu gün keçiriləcək "Neftçi" – "Spartak" oyunu saat 18:00-da başlayacaq. Matç "Neftçi Arena"da təşkil olunacaq.

İdman.biz

Məqalədə: