Xulian Alvares derbi öncəsi mesaj verdi - FOTO

20 Sentyabr 2026 13:05
88
Xulian Alvares derbi öncəsi mesaj verdi - FOTO

İspaniyanın “Atletiko” futbol komandasının hücumçusu Xulian Alvares Madrid derbisi öncəsi diqqətçəkən addım atıb.

İdman.Biz xəbər verir ki, zədə səbəbindən “Real Sosyedad” və “Osasuna” ilə oyunları buraxan argentinalı futbolçu “Real Madrid”lə vacib qarşılaşmada iştirak etmək üçün son ana qədər çalışıb və komandanın heyətinə daxil edilib. Klub rəhbərliyi bunu onun “Atletiko”ya bağlılığının göstəricisi kimi qiymətləndirir.

Xulian Alvares son saatlarda “Atletiko”nun “Instagram” hesabında paylaşdığı “Hamımız birlikdə” mesajlı posta “bəyənmə” qoyub. Paylaşım azarkeşlərə ünvanlanıb və “Metropolitano” stadionu ilə tribunaların görüntülərini əks etdirib.

Bu addım yayda “Barselona”ya keçmək istəyini açıq şəkildə bildirdikdən sonra azarkeşlərlə münasibətlərinin tam bərpa olunmadığı bir vaxtda baş verib.

Xulian Alvares “Vilyarreal”la son görüşdə meydana çıxaraq bir neçə dəqiqə oynayıb.

Xatırladaq ki, derbi bu gün Bakı vaxtı ilə saat 18:15-də baş tutacaq.

İdman.Biz