“Neftçi” – “Spartak” oyunu ləğv olunub - YENİLƏNİB

Xəbərlər
23 Mart 2024 16:29
587
“Neftçi” – “Spartak” oyunu ləğv olunub - YENİLƏNİB

Bu gün keçirilməli olan “Neftçi” – “Spartak” (Moskva) yoldaşlıq oyunu Rusiya klubunun xahişi ilə ləğv olunub.

İdman.biz xəbər verir ki, bununla bağlı Bakı klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, buna səbəb Moskvada dünən baş vermiş terror aktı və akt nəticəsində çox sayda insanın həlak olmasıdır.

“Neftçi” baş vermiş hadisəyə görə kədərləndiyini bildirib, başsağlığı verib.

Qeyd edək ki, oyun üçün alınmış biletlər qaytarılacaq.

***

Saat. 10:30

"Neftçi" beynəlxalq yoldaşlıq görüşü keçirəcək.

İdman.biz xəbər verir ki, Bakı klubu milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə Rusiya "Spartak"ı ilə qarşılaşacaq.

Matç Bakıdakı "Neftçi Arena"da təşkil olunacaq. Hər iki komanda meydana yığma üzvləri olmadan çıxacaq. Qarşılaşma saat 18:00-da başlayacaq.

Qeyd edək ki, komandalar ötən ilin yayında Moskvada da yoldaşlıq oyunu keçiriblər. Həmin matçda "Spartak" 2:0 hesabı ilə qalib gəlib.

Beynəlxalq yoldaşlıq oyunu
23 mart
18:00. "Neftçi" (Azərbaycan) – "Spartak" (Rusiya)

"Neftçi Arena"

İdman.biz

Məqalədə: