“Komo”nun və İngiltərə millisinin futbolçusu Trevo Çaloba “Çelsi”dən ayrılmasının səbəbləri barədə danışıb.
İdman.Biz xəbər verir ki, 27 yaşlı futbolçu “The Standard”a açıqlamasında doğma klubunu tərk etməyin onun üçün ciddi addım olduğunu bildirib.
“Əldə etdiyim nəticələrdən həqiqətən də razıyam. Bütün bu proses mənim üçün böyük sınaq oldu. Bu, özümə olan inamımı sübut edir və klubdakı bütün çətinlikləri necə dəf etdiyimi göstərir.
“Çelsi”də böyümüşəm və orada keçirdiyim hər anı - qazandığım kubokları, iştirak etdiyim vacib matçları - böyük zövqlə yaşamışam. Bütün bunlar inanılmaz idi. Amma indi hiss etdim ki, başqa və yeni bir şeyi sınamağın vaxtıdır”, - deyə Çaloba bildirib.
Futbolçu “Çelsi” akademiyasına səkkiz yaşında qoşulub və London klubunun sistemindən keçərək əsas komandaya qədər yüksəlib.
Çaloba yayda karyerasını İtaliyada davam etdirmək qərarına gəlib və “Komo”ya keçib. Müdafiəçinin transferi İtaliya klubuna 30 milyon avroya (60 milyon manat) başa gəlib.
