“Yuventus” hücumçusu ilə danışıqlara başlayıb

Xəbərlər
22 Mart 2024 12:42
142
“Yuventus” hücumçusu ilə danışıqlara başlayıb

"Yuventus" futbolçusu Duşan Vlahoviçlə müqaviləni uzatmağa qərar verib.

İdman.biz xəbər verir ki, İtaliya klubu serbiyalı hücumçunun yeni anlaşması ilə bağlı danışıqlara start verib.

Forvardın agenti Darko Ristiç bu məqsədlə Turinə yollanıb. Yeni müqavilənin 2028-ci ilin yayına qədər olması nəzərdə tutulub. Tərəflər maaşla bağlı məsələni müzakirə edirlər.

Qeyd edək ki, Duşan 2022-ci ilin yanvarında "Fiorentina"dan "Yuventus"a 70+10 milyon avroya keçib.

İdman.biz

Məqalədə: