Fransa futbol millisinin baş məşqçisi Zinəddin Zidan yığmadakı fəaliyyətinin ilk günlərində təşkilati problemlə üzləşib.
İdman.Biz “L’Équipe”əyə istinadən xəbər verir ki, millinin təhlükəsizlik üzrə məsul əməkdaşı Məhəmməd Sanhadji barəsində cinayət işi üzrə ittiham irəli sürüldüyü üçün məşqçilər korpusunda tam heyətlə çalışma mümkün olmayıb. Zidan onun komandada qalmasını xüsusilə istəyib.
Məsələ ondadır ki, Sanhadjinin yerinə hələlik yeni əməkdaş təyin edilməyib. Təhlükəsizlik üzrə məsul şəxs səfərlər zamanı polis müşayiəti, mühafizə əməkdaşları və yerli hakimiyyət orqanları ilə koordinasiyanı həyata keçirir. Fransa millisinin qarşıda səfər oyunlarının olması bu boşluğu daha aktual edir.
Fransa Futbol Federasiyası isə hazırkı vəziyyəti problem hesab etmir. Müvəqqəti olaraq bu vəzifələr millinin komanda meneceri Loran Jorja həvalə olunub.
Qeyd edək ki, Zidan bazar ertəsindən etibarən Fransa millisində işini praktik mərhələyə keçirib və futbolçularla məşqlərə başlayıb. Fransa UEFA Millətlər Liqasında növbəti oyununu 25 sentyabrda Türkiyəyə qarşı keçirəcək.
