Con Terri Alonsoya irad tutdu: “Hamı gördü ki, zəif nöqtəmiz var”

23 Sentyabr 2026 17:49
80
Con Terri Alonsoya irad tutdu: “Hamı gördü ki, zəif nöqtəmiz var”

İngiltərənin “Çelsi” futbol komandasının əfsanəvi müdafiəçisi Con Terri baş məşqçi Xabi Alonsonun tətbiq etdiyi müdafiə sistemindən narazılığını bildirib.

İdman.Biz xəbər verir ki, londonlular Premyer Liqanın ilk beş turundan sonra yeddi xal toplayaraq 10-cu pillədə qərarlaşıb və 12 qol buraxıb. Komanda son üç çempionat oyununda qələbə qazana bilməyib, “Brentford”a 0:3 hesablı məğlubiyyət isə müdafiədəki problemləri daha da qabardıb. “Çelsi” yeni mövsümdə hələ heç bir matçda qapısını toxunulmaz saxlaya bilməyib.

Terrinin əsas iradı standart vəziyyətlər zamanı tətbiq olunan zonal müdafiə ilə bağlı olub. Keçmiş kapitan fərdi müdafiəyə üstünlük verdiyini və yüksək müdafiə xəttini bəyənmədiyini deyib.

“Bir qədər köhnə məktəbin tərəfdarıyam. Adam-adama müdafiəni sevirəm. Bu zonal müdafiə və yüksək xətt xoşuma gəlmir. Düşünürəm ki, ikinci hissədə “Brentford” uzaq dirəkdə zəif olduğumuzu başa düşdü. Top ön dirəkdəki oyunçuların üzərindən keçəndə heç kim kimi saxlamalı olduğunu bilmir”, - deyə Terri bildirib.

O, futbolçuların belə epizodlarda fərdi məsuliyyət götürmədiyini də vurğulayıb. Terrinin fikrincə, Alonso müdafiəni sabitləşdirmək istəyirsə, bu məqamı dəyişməlidir.

İdman.Biz