Massimiliano Alleqrinin rəhmərlik etdiyi İtaliyanın “Napoli” futbol komandası mövsümün əvvəlində hücum xəttində ciddi çətinliklərlə üzləşib.
İdman.Biz xəbər verir ki, Neapol təmsilçisi ilk altı oyunda cəmi yeddi qol vurub. İtaliya mətbuatı komandanın hazırda ötən mövsüm ümumilikdə 36 qol vuran futbolçularının töhfəsindən tam istifadə edə bilmədiyinə diqqət çəkib.
Bu siyahıda Skott Maktominey ön sıradadır. Şotlandiyalı yarımmüdafiəçi ötən mövsüm bütün turnirlərdə 14 qol vurub. Hazırda sağlamlıq problemi səbəbindən meydana çıxmayan futbolçunun yaxın zamanda məşqlərə qayıtması gözlənilir.

David Neres isə ötən mövsüm altı dəfə fərqlənib. Braziliyalı futbolçu zədədən sonra heyətə qayıtsa da, hələ start heyətində meydana çıxmayıb və optimal formasını bərpa etməyə çalışır.
Ötən mövsüm dörd qol vuran Alisson və Andre-Fran Zambo Angissa da “Napoli”nin hücum potensialına ciddi töhfə verən futbolçular sırasında göstərilib. Leonardo Spinatsola üç, Sam Beykema isə iki qol vurub.
Bundan başqa, artıq komandada olmayan Elif Elmas, Migel Qutyerres və Romelu Lukaku ötən mövsüm hərəyə bir dəfə fərqləniblər. Elmas “Atalanta”ya, Qutyerres “Bayer”ə, Lukaku isə “Fənərbağça”ya keçib.
