“Kəpəz”in əvəzediciləri U-19-la yoxlama matçı keçirəcək - FOTO

23 Sentyabr 2026 17:44
87
“Kəpəz”in əvəzediciləri U-19-la yoxlama matçı keçirəcək - FOTO

“Kəpəz” klubunun əvəzedici heyəti 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması (U-19) ilə yoxlama matçı keçirəcək.

İdman.Biz xəbər verir ki, qarşılaşma sentyabrın 25-i saat 17-də Gəncə Şəhər Stadionunun ehtiyat meydançasında start götürəcək.

Bu oyun U-19-un “Kəpəz”in Təlim-Məşq Mərkəzində keçirdiyi hazırlıq prosesi çərçivəsində gerçəkləşəcək. Yeri gəlmişkən, yığma “Kəpəz-2″dən savayı, əsas komanda ilə görüşəcək.

“Kəpəz” - U-19 matçı oktyabrın 2-si saat 12-də başlanacaq.

İdman.Biz
Məqalədə: