“Kəpəz”in iki futbolçusu U-20 milliyə dəvət aldı

23 Sentyabr 2026 16:15
59
“Kəpəz”in iki futbolçusu U-20 milliyə dəvət aldı

“Kəpəz” klubunun iki futbolçusu - Raul İsaqov və Şahnur İsmayılov Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandasına (U-20) dəvət olunub.

İdman.Biz xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Hər iki oyunçu sentyabrın 24-dən oktyabrın 6-dək Qəbələdə təşkil olunacaq təlim-məşq toplanışında iştirak edəcək. Millimizin heyətində onlar oktyabrın 3-də Moldova, oktyabrın 6-da isə Yaponiyanın müvafiq yaş qrupundan ibarət komandaları ilə yoxlama oyunlarında meydana çıxacaqlar.

Qeyd edək ki, 17 yaşlı yarımmüdafiəçi Raul İsaqov U-20 millisinin sentyabrın 14-21-də keçirilən bundan əvvəlki toplanışında da yer alıb və “Qəbələ”yə qarşı keçirilən yoxlama matçında (1:1) forma geyinib.

İdman.Biz