“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev keçmiş komanda yoldaşı Abdullah Zubirlə görüşüb.
İdman.Biz xəbər verir ki, bununla bağlı Ağdam klubunun futbolçusu öz sosial şəbəkə hesabında paylaım edib.
Eyni zamanda Zubir də sabiq komanda yoldaşının paylaşımını səhifəsinə yerləşdirərək “Səni görmək həmişə xoşdur, mənim əsl qardaşım” sözlərini yazıb.
Xatırladaq ki, Zubir “Qarabağ”dan avqustda ayrılıb. O, hazırda Səudiyyə Ərəbistanın birinci liqa təmsilçisi “Əl-Oroba” klubunda çıxış edir.
