Eyni klubda ən çox qol vuran futbolçular - SİYAHI

Xəbərlər
19 Mart 2024 11:01
169
Eyni klubda ən çox qol vuran futbolçular - SİYAHI

Eyni klubda ən çox qol vuranların siyahısı açıqlanıb.

İdman.biz xəbər verir ki, İFFHS-in tərtib etdiyi cədvəldə 250 və daha çox qol vuranlar yer alıb.

Buna 13 futbolçu nail olub. “Barselona”da 672 qol vuran Lionel Messi dünya rekordçusudur. “Real”da vurulan qollar sayəsində Kriştiano Ronaldo ikinci, Kərim Benzama üçüncüdür.

1. Lionel Messi (“Barselona”) - 672
2. Kriştiano Ronaldo (“Real”) - 450
3. Kərim Benzema (“Real”) - 354
4. Robert Levandovski (“Bavariya”) - 344
5. Bader Al-Mutava (“Əl-Qadisiya”) – 301
6. Harri Keyn (“Tottenhem”) – 280
7. Co Qormli (“Kliftonvill”) – 270
8. Klamint Olsen (“Runavik”) – 262
9. Serxio Aquero (“Mançestert Siti”) – 260
10. Ueyn Runi (“Mançester Yunayted”) – 253
11. Ali Mabhut (“Əl-Cəzirə”) - 251
12. Cordan Ouens (“Kruzaders”) – 251
13. Kilian Mbappe (PSJ) – 250

İdman.biz