Vaqif Sadıqov: “Arzularımızı reallığa çevirmək üçün güclü “Qarabağ” görəcəyik”

Müsahibə
16 Mart 2024 12:56
Vaqif Sadıqov: “Arzularımızı reallığa çevirmək üçün güclü “Qarabağ” görəcəyik”

"Hər zaman dediyim kimi, "Qarabağ" ildən-ilə və oyundan-oyuna böyüyür".

Bunu İdman.bizə AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov deyib.

O, UEFA Avropa Liqasının 1/8 final mərhələsində "Bayer" - "Qarabağ" (3:2) matçını dəyərləndirib. Sadıqov bütün Azərbaycan xalqına bu dəyərli anları yaşatdıqları üçün "Qarabağ"a təşəkkür edib: "Hamımız bəlkə nəticəyə görə üzülsək də, "Qarabağ"ın güclü rəqibə qarşı başabaş mübarizə aparmasına sevinirik. Azərbaycan çempionunun keçdiyi yola görə rəhbərliyinə, məşqçilər heyətinə, futbolçularına, bir sözlə bütün komandaya böyük alqış düşür. Gələcəkdə bundan da böyük arzularımızı reallığa çevirmək üçün güclü "Qarabağ" görəcəyik. Hesab edirəm ki, bu gün dayansaq da, sabahki günlərdə irəli getmək üçün vacib olan addımları atacayıq".

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının 1/8 finalında 2 oyunun nəticəsinə görə 4:5 hesabı ilə məğlub olaraq yarışla vidalaşıb.

Banuçiçək Hüseynli
İdman.biz