Mövsümün son püşkü: “Fənərbaxça”nın rəqibi bəlli olub

Xəbərlər
15 Mart 2024 17:17
275
Mövsümün son püşkü: “Fənərbaxça”nın rəqibi bəlli olub

Avrokubokların 2023/24 mövsümünün son püşkatma mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki Futbol Evində təşkil olunan tədbirdə Konfrans Liqasının 1/4 final, 1/2 final və finalın püşkü atılıb.

Öncə 1/4 final, ardınca yarımfinalın cütləri bəlli olub. Həmçinin finalın nominal meydan sahibi də dəqiqləşib.

Konfrans Liqası
1/4 final

1. “Brügge” - PAOK
2. “Olimpiakos” - “Fənərbaxça”
3. “Aston Villa” - “Lill”
4. “Viktoriya” - “Fiorentina”

Yarımfinal
5. 3-cü cütün qalibi – 2-ci cütün qalibi
6. 4-cü cütün qalibi – 1-ci cütün qalibi

Final
5-ci cütün qalibi – 6-cı cütün qalibi

Qeyd edək ki, 1/4 final aprelin 11-də və 18-də, yarımfinal mayın 2-də və 9-da keçiriləcək. Afinadakı “AEK Arena”dakı final mayın 29-də baş tutacaq.

İdman.biz

Məqalədə: