“Neftçi”də üç itki

Xəbərlər
14 Mart 2024 12:56
98
“Neftçi”də üç itki

“Neftçi”nin zədəli futbolçularının durumu bəlli olub.

Bakı klubunun mətbuat xidmətindən İdman.bizə verilən məlumatına görə, Azərbaycan Premyer Liqasının XXVII turunda “Səbail”lə qarşılaşacaq “ağ-qaralar”ın heyətində üç itki var.

Bərpa və müalicə prosesini davam etdirən Emil Balayev, Ataa Caber və Azər Əliyev bu oyunda iştirak edə bilməyəcəklər. “Kəpəz”lə matçda zədələnən Emin Mahmudovun “Səbail” ilə qarşılaşmada meydanda olub olmayacağına isə oyun günü aydınlıq gələcək.

Qeyd edək ki, sabah “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Səbail” matçı saat 19:00-da başlayacaq.

İdman.biz

Məqalədə: