Təşəkkürlər, "Qarabağ"!!! - VİDEO

Xəbərlər
15 Mart 2024 01:58
1 003
Təşəkkürlər, "Qarabağ"!!! - VİDEO

Bu gün Avropa Liqasında 1/8 finalın cavab oyunları keçirilib.

İdman.biz xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” Almaniyada “Bayer”lə görüşüb.

Bu mərhələyə yüksəlməklə tarixi nəticəyə imza atan Qurban Qurbanovun yetirmələri 1/4 finala vəsiqə üçün mübarizə aparıb. 2:0 önə keçən "Qarabağ" üstünlüyünü qoruya bilməyib. "Bayer" hakimin əsas vaxta əlavə etdiyi dəqiqələrdə 2 qol vuraraq, əzimkar qələbə qazanıb.

Avropa Liqasının 1/8 finalına vəsiqə qazanmaqla Azərbaycan futbol tarixində yeni səhifə açan "Qarabağ"a təşəkkür düşür.

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk qarşılaşma 2:2 hesabı ilə bitdiyindən bu qələbə "Bayer"i növbəti mərhələyə yüksəldib..

Avropa Liqası
1/8 final, cavab oyunu
14 mart
00:00. “Bayer” – “Qarabağ” - 3:2
Qollar:
Frimponq, 72. Patrik Şik, 90+3; 90+7 - Zubir, 59. Juninyo, 67
Qırmızı vərəqə: Elvin Cəfərquliyev, 63
Baş hakim: Entoni Teylor (İngiltərə)
"Bayer": Matey Kovar, Pyero İncape, Odilon Kossunu, Yonas Hofmann, Robert Endrix, Borxa İqlesias, Florian Virts, Edmond Tapsoba, Amin Adli, Ceremi Frimponq, Qranit Caka
Ehtiyat oyunçular: 1. Lukas Hradetski, 4. Conatan Tah (k), 19. Natan Tella, 20. Alexandro Qrimaldo, 23. Adam Hlojek, 36. Niklas Lomb, 32. Qustavo Puerta, 25. Eksekiel Palasios, 14. Patrik Şik, 2. Yosip Stanişiç, 34. Qranit Caka, 10. Florian Virts.
Baş məşqçi: Xabi Alonso.
"Qarabağ": Andrey Lunyov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Julio Romao, Yassin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Marko Veşoviç, Juninyo
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 2. Mateus Silva, 30. Abbas Hüseynov, 81. Kevin Medina, 5. Maksim Medvedev, 27. Toral Bayramov, 17. Hamidu Keyta, 19. Redon Cica, 66. Patrik Andrade, 24. Aleksey İsayev, 90. Nəriman Axundzadə
Baş məşqçi: Qurban Qurbanov
Leverkuzen. “BayArena”

İlk oyun – 2:2

İdman.biz