15 yaşlı vunderkind “Mançester Yunayted”dən ayrılmaq üçün FIFA-ya müraciət edə bilər

23 Sentyabr 2026 09:38
19
15 yaşlı vunderkind “Mançester Yunayted”dən ayrılmaq üçün FIFA-ya müraciət edə bilər

“Mançester Yunayted”in 15 yaşlı istedadlı hücumçusu Cey-Cey Qabriel klubundan FIFA-ya şikayət edə bilər.

İdman.Biz xəbər verir ki, bu barədə İngiltərənin “Transfer News Live” agentliyi məlumat yayıb.

15 yaşlı futbolçu “qırmızı şeytanlar”ın rəhbərliyinə onun mövsümün sonuna qədər komandadan ayrılmasına icazə verməsini tələb edir.

Daha əvvəl futbolçunun ailəsinin “Mançester Yunayted”dəki sistemdən məyus olduğu və hücumçunun inkişafını Avropanın nəhəng klublarından birində davam etdirməsinin daha yaxşı olduğunu düşündüyü bildirilib.

Cey-Cey Qabrielə “Real Madrid”, “Barselona”, PSJ və digər top-klubların maraq göstərdiyi qeyd olunur.

İdman.Biz
Məqalədə: