Azərbaycan Birinci Liqasında mübarizə aparan “Xankəndi” futbol klubu bu ildən etibarən ev oyunlarını Xankəndi şəhərində keçirəcək.
İdman.Biz xəbər verir ki, hazırda Xankəndi şəhər stadionunda təmir işləri davam etdirilir.
İşlərin bu ayın sonunadək başa çatdırılması planlaşdırılır.
Təmir işləri yekunlaşdıqdan sonra Xankəndi şəhər stadionunun rəsmi açılış mərasiminin keçirilməsi nəzərdə tutulur.
Klubun Xankəndidə ilk ev oyununun tarixi isə stadionun rəsmi açılış qrafikinə uyğun olaraq müəyyənləşdiriləcək.
