Skaloni Argentina ilə yeni müqaviləyə yaxındır

23 Sentyabr 2026 10:42
40
Skaloni Argentina ilə yeni müqaviləyə yaxındır

Argentina futbol millisinin baş məşqçisi Lionel Skaloni yığmadakı fəaliyyətini davam etdirməyə yaxındır.

İdman.Biz xəbər verir ki, Argentina Futbol Assosiasiyası (AFA) 48 yaşlı mütəxəssisə yeni müqavilə təklif edib. Sözləşmənin 2028-ci ildə keçiriləcək Amerika Kubokuna qədər qüvvədə olması nəzərdə tutulur. Tərəflərin razılığı ilə müqavilənin 2030-cu il dünya çempionatına qədər uzadılması da mümkün olacaq.

Skaloni 2018-ci ildən Argentina millisinə rəhbərlik edir. Onun başçılığı altında komanda 2021 və 2024-cü illərdə Amerika Kubokunu, 2022-ci ildə “Finalissima”nı və dünya çempionatını qazanıb.

Hazırda AFA-nın rəsmi məlumatlarında da Skaloni Argentina millisinin baş məşqçisi kimi göstərilir və komanda onun rəhbərliyi altında sentyabr-oktyabr aylarındakı yoldaşlıq görüşlərinə hazırlaşır.

İdman.Biz