“Mançester Siti”nin hücumçusu Erlinq Holand “Bavariya” futbol klubunun maraq dairəsinə düşüb.
İdman.biz TEAMtalk-a istinadən xəbər verir ki, Münhen klubu Harri Keynin mümkün gedişindən sonrakı dövr üçün norveçli futbolçunun transferini nəzərdən keçirir.
“Bavariya” Keynin daha 2-3 il komandada qalacağına və yeni müqavilə imzalayacağına ümid edir. Bununla belə, klub Holandla bağlı vəziyyəti də təhlil edir. Bu variant norveçlinin “Mançester Siti”dən mümkün gedişinin Keynin gələcək ayrılığı ilə eyni vaxta düşəcəyi hal üçün nəzərdə tutulub.
Holandın transferində “Bavariya” ilə yanaşı, “Real” və “Barselona”nın da namizəd ola biləcəyi bildirilir. Sözügedən klubların hücumçunun transferini potensial olaraq artıq 2027-ci ildə nəzərdən keçirəcəyi gözlənilir.
“Transfermarkt”ın məlumatına görə, Holandın bazar dəyəri 220 milyon avrodur (440 milyon manat).
