A seriyasında yeni baş məşqçi

Xəbərlər
13 Mart 2024 14:39
129
A seriyasında yeni baş məşqçi

İtaliyanın “Leççe” klubunun yeni baş məşqçisi məlum olub.

İdman.biz xəbər verir ki, A seriyası təmsilçisini Luka Qotti çalışdıracaq.

Onunla iyunun 30-dək nəzərdə tutulan müqavilə imzalanıb. Anlaşmada sonradan uzadılma ilə bağlı bənd də yer alıb.

2023-cü ilin fevralından işsiz olan Qotti “Milan” və “Reccina”nın gənclərdən ibarət komandaları, “Montebelluna”, “Pyevidjina”, “Bassano”, “Trevizo”, “Triestina”, “Udineze” və “Spetsiya” klublarında çalışıb. O, İtaliyanın U-17 yığmasının baş məşqçisi olub.

Qeyd edək ki, 28 turdan sonra 25 xala malik “Leççe” A seriyasının turnir cədvəlində 16-cıdır.

İdman.biz

Məqalədə: