Rəhman Daşdəmirov: “Mançester Yunayted”lə oyunu unutmaq lazımdır” - VİDEO

11 Sentyabr 2026 10:52
50
Rəhman Daşdəmirov: “Mançester Yunayted”lə oyunu unutmaq lazımdır” - VİDEO

“Məğlub olmağımıza baxmayaraq yaxşı çıxış etdik. Qol epizodlarımız oldu. Mikels və Mbinanın epizodlarını xatırladardım”.

İdman.Biz xəbər verir ki, bu sözləri “Sabah” futbol klubunun müdafiəçisi Rəhman Daşdəmirov UEFA Çempionlar Liqasının əsas mərhələsində İngiltərədə “Mançester Yunayted”ə qarşı keçirdikləri oyunundan sonra verdiyi acılamada deyib.

Start onbirlikdə yer alan yeganə azərbaycanlı futbolçu fikrinin davamında hesabın fərqli olmaq ehtimalını da qeyd edib.

“Onların təcrübəsi öz sözünü dedi. Əllərinə düşən imkanlardan istifadə etdilər. Amma artıq bu oyunu unutmaq lazımdır. Hər komandanı ayrıca təhlil edirik. Qarşıda Bakıda “Slaviya” ilə oyun var, öz azarkeşlərimizin qarşında xalqımızı sevindirmək istəyirik”.

Rəhman Daşdəmirov müdafiədə Stiv Solvetin yoxluğunda onun əvəzləyən Eyden Makkarti ilə anlaşmanın hansı səviyyədə olduğuna da toxunub.

“Stiv Solvetin əsas oyunçumuzdur, yoxluğu hiss olunurdu. Makkarti ilə bərabər ilk dəfə idi oynayırdım. Səhvlərimizə rəğmən, pis çıxış etmədik. Hər bir halda əlimizdən gələn ən yaxşısını etməyə çalışdıq” – deyə 26 yaşlı azərbaycanlı müdafiəçi bildirib.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda “Mançester Yunayted” “Sabah”ı 4:0 hesabı ilə məğlub edib.

İdman.Biz
Məqalədə: