Samet Aybaba “Qarabağ”ın bombardirini izləmək üçün Leverkuzenə gedəcək

Xəbərlər
11 Mart 2024 12:02
464
Samet Aybaba “Qarabağ”ın bombardirini izləmək üçün Leverkuzenə gedəcək

“Qarabağ”ın daha bir futbolçusu Türkiyə klublarının maraq dairəsinə düşüb.

İdman.biz xəbər verir ki, “Beşiktaş” Azərbaycan çempionunun bombardiri Olavio Juninyo ilə maraqlanır.

Türkiyənin “Fotospor” nəşrinin iddiasına görə, “ağ-qaralar” adı “Fənərbaxça” ilə də hallanan hücumçunu bir daha izləmək niyyətindədir. “Beşiktaş”ın idman direktoru Samet Aybaba bu məqsədlə “Bayer” – “Qarabağ” matçında stadionda olacaq.

Almaniyaya səfər edəcək klub rəsmisi təkcə Juninyo deyil, “Bayer”in ulduzları Borxa İqlesias və Fosu Mensahı da izləməyi planlaşdırır. Mütəxəssis Avropa Liqasının oyunundan bir gün əvvəl Almaniyada baş tutacaq digər görüşdə də olacaq. O, Çempionlar Liqasının “Borussiya” (Dortmund) – PSV matçında Marko Roys və Andre Ramalyonu nəzərdən keçirəcək.

Qeyd edək ki, Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Bayer” – “Qarabağ” görüşü martın 14-də Leverkuzendə baş tutacaq.

İdman.biz