“Neftçi”nin zədəli futbolçularının durumu açıqlanıb

Xəbərlər
8 Mart 2024 17:24
688
“Neftçi”nin zədəli futbolçularının durumu açıqlanıb

“Neftçi”nin zədəli futbolçularının durumuna aydınlıq gəlib.

Klubun mətbuat xidmətindən İdman.bizə verilən məlumata görə, Azərbaycan Premyer Liqasının XXVI turunun “Kəpəz”lə səfər oyununun hazırlığında üç oyunçu iştirak etməyib.

Fərdi hazırlıq keçən Azər Əliyevin gələn həftədən komanda ilə məşqləri bərpa edəcəyi planlaşdırılır. Emil Balayev və Fələstin millisində zədələnən Ataa Caber isə bərpa və müalicə mərhələsini davam etdirir.

Qeyd edək ki, “Kəpəz” – “Neftçi” matçı sabah keçiriləcək.

İdman.biz

Məqalədə: