Avropa Liqasının matçından əvvəl iki azarkeş bıçaqlanıb

Xəbərlər
7 Mart 2024 17:43
142
Avropa Liqasının matçından əvvəl iki azarkeş bıçaqlanıb

Avropa Liqasının 1/8 final mərhələsinin “Roma” – “Brayton” oyunundan əvvəl xoşagəlməz hadisələr yaşanıb.

İdman.biz xəbər verir ki, qonaq komandanın iki azarkeşi silahlı hücuma məruz qalıb.

Hadisə İtaliya paytaxtı Romanın mərkəzində baş verib. 28 və 29 yaşında iki fanat qarət olunub və bıçaqlanıb.

Britaniyalılar yardım üçün yaxınlıqdakı restorana müraciət ediblər. Zərərçəkənlər bildiriblər ki, onlara hücum çəkən bir qrup şəxs sənədlərini və pullarını alıb. Yaralanan qonaqlar xəstəxanaya yerləşdirilib. İlkin ehtimallara əsasən, hadisə “Roma” azarkeşləri ilə bağlı deyil

Qeyd edək ki, “Roma” və “Brayton” arasında ilk matç bu gün keçiriləcək.

İdman.biz

Məqalədə: