Qurban Qurbanov: “Bildikdə yanımızda qardaşlarımız var, qorxacaq bir şeyimiz qalmır” - VİDEO

Xəbərlər
6 Mart 2024 14:14
198
Qurban Qurbanov: “Bildikdə yanımızda qardaşlarımız var, qorxacaq bir şeyimiz qalmır” - VİDEO

Qurban Qurbanov “Qarabağ”ın Türkiyədəki azarkeşlərinə təşəkkür edib.

İdman.biz xəbər verir ki, 52 yaşlı mütəxəssis Avropa Liqasının 1/8 final mərhələsinin “Bayer”lə ilk oyununa həsr olunan mətbuat konfransında Türkiyədən olan jurnalistin sualını cavablandırıb.

Qurbanov “Qarabağ”ın qardaş ölkədə Avropada ikinci təmsilçi sayılmasına və hər kəsin ikinci komandasına çevrilməsinə münasibət bildirib: “Bakıda sizi görmək çox xoşdur. Mən ancaq təşəkkür edə bilərəm. Həmişə biz azərbaycanlı olaraq, türk futbolunu izləmişik, onlara dəstək olmağa çalışmışıq. İndi də bunun qarşılığını görürük. Çünki biz tək Bakıda deyil, səfərlərdə də türk azarkeşlərinin dəstəyini hiss edirik. Əlavə güc, əlavə motivasiya. Biz bildikdə yanımızda qardaşlarımız var, çəkinəcək, qorxacaq bir şeyimiz qalmır”.

Qeyd edək ki, “Qarabağ” “Bayer”i sabah Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.

İdman.biz