Arda Turanla “Bodrumspor” azarkeşləri arasında qalmaqal - VİDEO

Xəbərlər
3 Mart 2024 12:56
395
Arda Turanla “Bodrumspor” azarkeşləri arasında qalmaqal - VİDEO

"Eyüpspor"un baş məşqçi Arda Turanla rəqib komandanın azarkeşləri arasında qalmaqal yaşanıb.

İdman.biz xəbər verir ki, hadisə Türkiyə 1-ci Liqasının “Bodrumspor”la səfər matçında baş verib.

Birinci hissənin son dəqiqələrində meydan sahiblərinin baş məşqçisi İsmet Daşdemirin qırmızı vərəqə alması vəziyyəti gərginləşdirib. “Bodrumspor”un azarkeşləri ilə qonaq komandanın ehtiyat oyunçular skamyası arasında söz davası yaşanıb. Meydana atılan kənar əşyalar “Eyüpspor”un baş məşqçisi Arda Turan və köməkçisi Uğur Demiroka tuş gəlib. Ciddi xəsarət alan Demirok təcili tibb yardımla xəstaxanaya çatdırılıb. Oyun bir neçə dəqiqə dayandırılıb.

Qeyd edək ki, qarşılaşma qonaq komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.biz