AFFA-da prezident seçkilərinin vaxtı açıqlanıb

Xəbərlər
1 Mart 2024 15:43
466
AFFA-da prezident seçkilərinin vaxtı açıqlanıb

AFFA-nın Növbəti Hesabat-Seçki Konfransının vaxtı dəqiqləşib.

İdman.biz xəbər verir ki, bu barədə qərarı qurumun İcraiyyə Komitəsi verib.

Komitənin iclası bu gün Gəncədə baş tutub. Qərara alınıb ki, Konfrans aprelin 2-də təşkil olunsun. Tədbirdə qurumun yeni prezidenti və İcraiyyə Komitəsi seçiləcək.

Qeyd edək ki, iclasının sonunda AFFA prezidenti Rövnəq Abdullayev namizədliyini irəli sürməyəcəyini bildirib.

İdman.biz

Məqalədə: